Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101746
az

Fələstin Beynəlxalq Məhkəmənin İsraillə bağlı qərarını alqışlayır

18:5026 Yanvar, 2024
103
DÜNYA
  • A

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza zolağında soyqırımın qarşısını almaq üçün İsrailin bütün lazımi tədbirləri görməli olduğu qərarını alqışlayıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin xarici işlər nazirinə istinadən məlumat yayıb.

 

“Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Beynəlxalq Məhkəmənin (İsrailin - redaktorun qeydi) verdiyi tədbirləri alqışlayıb və bildirib ki, məhkəmə hakimləri insanlıq və beynəlxalq hüququn lehinə qərar veriblər”, - telekanal bildirib.

Bundan əvvəl Beynəlxalq Ədalət Məhkəməsi İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar çərçivəsində soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

Fələstinin Həmas qruplaşması Beynəlxalq Ədalət Məhkəməsinin belə bir qərar verəcəyi və İsrailin buna əməl edəcəyi təqdirdə atəşkəsə əməl edəcəklərini bildirib. Həmçinin Fələstin qrupunun fələstinlilərin əvəzində israilli məhbusları azad edəcəyi qeyd edilib.

Beynəlxalq Ədalət Məhkəməsi Qəzza zolağındakı vəziyyətlə bağlı soyqırım konvensiyasına əsasən Cənubi Afrikanın İsrailə qarşı iddiasına baxırdı. Pretoriya Qərbi Qüdsdən anklavda quru əməliyyatını dərhal dayandırmağa məcbur edilməsini tələb edir. İsrail bütün soyqırım ittihamlarını rədd edərək, fələstinliləri məhv etmədiyini, əksinə öz xalqını qoruduğunu qeyd edir. Eyni zamanda, ölkənin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan hesab edir ki, ilk növbədə HƏMAS-a “göz yuman” və əlbir olan təşkilatın özü mühakimə olunmalıdır.

Bundan əvvəl Fransa İsrailin Qəzzadakı hərəkətlərinə görə Cənubi Afrikanın BMT məhkəməsinə verdiyi iddianı tənqid edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmas heyəti Qəzzada atəşkəs danışıqları üçün Qahirəyə gedəcək
Putinin andiçmə mərasimi canlı yayımlanacaq
Rusiya bu ərazini işğal etdi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü