Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101714
az

Azot qazı ilə ilk edam bu gün ABŞ-da həyata keçiriləcək

22:5625 Yanvar, 2024
132
DÜNYA
  • A

ABŞ-ın Alabama ştatında qüvvəyə minən yeni qanuna görə, məhbus ilk dəfə azot qazı verilərək edam ediləcək.

Oxu24.com xəbər  verir  ki, amerikalı məhbus Kennet Smitin 1988-ci ildə müqaviləli qatil kimi törətdiyi qətlə görə bu gün Alabama ştatındakı həbsxanada azot qazı ilə edam ediləcəyi bildirilib.

 

Əyalət məhkəməsinin qeydlərində azot qazı edam üsulunun ilk dəfə Alabamada sınaqdan keçiriləcəyinə dair məlumatlar olsa da, ədəbiyyatda "azot hipoksiyası" olaraq adlandırılan edam üsulunun necə tətbiq ediləcəyi ilə bağlı heç bir təfərrüat paylaşılmadı.

Dünən ABŞ Ali Məhkəməsi Smitin vəkillərinin ölüm hökmünə etiraz etmək üçün ikinci dəfə göndərdiyi ərizəyə mənfi cavab verib.

Smitin 2022-ci ildə ölümcül inyeksiya ilə edam edilməsi planlaşdırılırdı, lakin məhbus bu cəhddən sağ çıxdı, çünki səlahiyyətlilər ölüm əmrinin müddəti bitmədən venadaxili xətt qura bilmədilər.

ABŞ-da daha əvvəl sınaqdan keçirilməmiş edam üsulunu tətbiq etmək istəyən Alabama ştatının idarəçilərinin qərarı müzakirələrə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri yanvarın 3-də verdiyi yazılı açıqlamada Smitin qarşıdan gələn edamı ilə bağlı narahatlıqlarını ifadə edərək, bunun ABŞ-ın da qoşulduğu “BMT İşgəncələrə Qarşı Konvensiya”nın “cəzalarla bağlı” qaydalarına zidd olduğunu bildiriblər. 

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər