Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101709
az

Çində  ölənlərin sayı 44-ə yüksəlib

22:2525 Yanvar, 2024
68
DÜNYA
  • A

Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.

 

Oxu24.com xəbər  verir  ki,ölkə mətbuatında yer alan xəbərə görə, Kaotonq şəhərinin Cinxiong rayonunun Liangshui kəndində baş verən sürüşmə sonrası aparılan axtarışlar zamanı itkin düşən daha 10 nəfərin cəsədi tapıldıqdan sonra torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə yüksəlib.

 

Tapılan son cəsədlərlə itkin düşdüyü bildirilən bütün insanlarla əlaqə saxlanılıb.

 

Kənddə 18 evi torpaq altında qalan sürüşmə nəticəsində 2 nəfər xilas edilib.

Dünən edilən son açıqlamada 34 nəfərin həyatını itirdiyi, 10 nəfərin isə hələ də itkin düşdüyü bildirilmişdi.

İtkilər aşkar edildikdən sonra fəlakət xilasetmə qrupları soyuq və qarlı hava şəraitində 4 gündür apardıqları işləri yekunlaşdırıb.

İlkin araşdırma zamanı qeyd olunub ki, sürüşmə kəndin salındığı dağın zirvəsində torpaq kütləsinin qopması nəticəsində baş verib.

Dağdan qopan kütlə yamacdakı terraslardan aşağı sürüşərək kəndin bir hissəsini yerin altında qoyub.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı
Ukraynaya göndərməyə
İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO