Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101371
az

İraqda Amerika hərbi hava bazası atəşə tutulub

21:0520 Yanvar, 2024
104
DÜNYA
  • A

ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına raket zərbələri endirilib.

 

Oxu24.com  xəbər   verir  ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

 

Təhlükəsizlik mənbəsi telekanala bildirib ki, Ayn əl-Əsəd bazasına 20-dən çox raket atılıb.

 

O qeyd edib ki, raketlərin hərbi bazaya doğru atıldığı ərazidə təhlükəsizlik yoxlamaları aparılıb.

 

Hücuma görə məsuliyyəti Livan Hizbullahı və İraqın ən-Nucaba qruplaşması öz üzərinə götürüb, Əl-Hadath qeyd edib.

 

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub.

 

Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.

 

Məsələn, yanvarın 18-də pilotsuz təyyarə ABŞ-ın İraq Kürdüstanındakı bazasına hücum edib.

 

Bir neçə gün əvvəl şiə qrupları İraq və Suriyada ABŞ-ın üç hərbi bazasına hücumlar təşkil etdiklərini açıqlamışdı.

 

Müəllif:Afət


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quterreş Putinə məktub yolladı
Trampın təyyarəsi qəza törətdi
Türkiyədə zəlzələ oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı