Qaynar xətt:

(+99450) 247 90 86

Hindistan Myanma sərhədini hasara alacaq

Hindistan Myanma sərhədini hasara alacaq

DÜNYA

364

20.01.2024, 20:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistan hökuməti ölkənin şimal-şərqində Myanma sərhədini hasara alacağını açıqlayıb.

 

Oxu24.com xəbər  verir  ki,Hindistanın Daxili İşlər Naziri Amit Şah verdiyi açıqlamada, federal hökumətin qərarına uyğun olaraq, Banqladeş sərhədi kimi Hindistan-Myanma sərhədində 1643 kilometr uzunluğunda məftilli hasarın tikiləcəyini açıqlayıb.

 

Şah Myanma-Hindistan sərhəd xəttinin 16 kilometrliyində yaşayan iki ölkə vətəndaşlarının vizasız sərhədi keçməsinə icazə verən hərəkət azadlığının da ləğv ediləcəyini bildirib.

 

Hindistanın Manipur əyalətinin baş naziri N Biren Sinqh, Myanmada daxili iğtişaşlar səbəbiylə Hindistana doğru miqrasiya dalğasına işarə etdi və federal hökumətdən hərəkət azadlığına son qoymağı tələb edib.

Myanmada hərbi çevriliş

Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları və ölkədəki siyasi gərginlikdən sonra 2021-ci il fevralın 1-də hökuməti ələ keçirib.

Ordu başda ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Kyi və hakim partiyanın icra başçısı olmaqla bir çox məmuru saxlayıb və 1 il müddətinə fövqəladə vəziyyət elan edib.

Myanma ordusunun çevriliş əleyhinə nümayişçilərə və üsyançı qruplara qarşı silahlı müdaxiləsi nəticəsində indiyədək 902 nəfər ölüb, minlərlə nümayişçi saxlanılıb.

Bu arada, Siyasi Məhbuslara Yardım Təşkilatının məlumatına görə, çevrilişdən sonra ölkədə təxminən 1400 adam ölüb, 10 min adam saxlanılıb.

Ölkədə kütləvi nümayişlər və yüksək vəzifəli dövlət məmurlarının hərbi məhkəmələrdə mühakimə olunması davam edir.

 

Müəllif:Afət