Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101347
az

Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib

14:5320 Yanvar, 2024
85
DÜNYA
  • A

Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu  barədə   Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.

Xəritəyə əsasən, saat 13:15-də ölkənin 10 rayonu və paytaxtı “qırmızı zona”ya düşüb. Sirenlər Kiyev, Kirovoqrad, Volın, Çerkassı, Poltava, Sumi, Vinnitsa, Jitomir, Dnepropetrovsk və Çernivtsi vilayətlərində səslənib.

Lakin bir dəqiqə ərzində İvano-Frankivsk, Lvov, Ternopil, Çerniqov, Xmelnitski, Xarkov, Nikolayev və Transkarpat vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. Eyni zamanda, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Ukrayna hakimiyyətinin nəzarətində olan hissələrinin sakinlərinə mümkün təhlükə barədə xəbərdarlıq edilib.

Daha sonra Odessa və Rivne bölgələri "qırmızı zona"ya düşdü. Vəziyyət, o cümlədən Ukrayna ərazisinə mümkün zərbələr barədə əlavə məlumat hələlik daxil olmayıb.

Yanvarın 20-də Ukrayna hakimiyyəti Kiyevin nəzarəti altında olan Zaporojye vilayətində infrastruktur obyektinin dağıdılması barədə məlumat verib. Partlayışlar nəticəsində obyektə ziyan dəyib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putini Çində belə qarşıladılar -VİDEO
Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb