Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101179
az

Rusiyada benzin bahalaşdı

16:2917 Yanvar, 2024
130
DÜNYA
  • A

Yanvarın 17-də Rusiyada benzin və dizel yanacağının qiyməti artmaqda davam edir.

 

Oxu24.com  xəbər  verir  ki, bunu Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının  məlumatları sübut edir.

Ən çox Aİ-95 markalı benzin bahalaşıb. Yanacağın qiyməti 2,15% artaraq bir ton üçün 45 948 rubl təşkil edib. Aİ-92 markalı benzinin qiyməti 1,58% artaraq bir ton üçün 42 938 rubl təşkil edib.

Yay dizelinin dəyəri 1,2% artaraq bir ton üçün 53 225 rubl təşkil edib. Mövsümdənkənar dizelin qiyməti bir ton üçün 54 610 rubla (+1,13%) çatıb. Qış dizeli cəmi 0,16% artaraq ton başına 59 555 rubl səviyyəsinə çatıb. Eyni zamanda, mazutun qiyməti 8,01% artaraq bir ton üçün 14752 rubl təşkil edib.

Bu arada təyyarə yanacağı çərşənbə günü 3,82% ucuzlaşaraq bir ton üçün 77 652 rubl təşkil edib. Eyni zamanda, mayeləşdirilmiş karbohidrogen qazlarının (LPG) qiyməti bir ton üçün 20 270 rubla (-2,32%) düşüb.

Bundan əvvəl Rusiya Nazirlər Kabineti benzin ixracına mümkün qadağa ilə bağlı məlumatları təkzib etmişdi.

Daha əvvəl bildirilmişdi ki, “Lukoyl” hadisədən sonra Nijni Novqorod neft emalı zavodunda bir blokun işini dayandırıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ