Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101021
az

Alen Delonu övladları öldürüb? - ŞOK DETALLAR

22:3914 Yanvar, 2024
211
DÜNYA
  • A

Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.

OXU24.COM  xəbər verir ki, özünü Fransa kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollen bu barədə prokurorluğa ərizə verib.

Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman aktyorun vəziyyəti İsveçrə həkimlərinin müşahidəsi sayəsində sabit olub. Prokurorluğa ünvanlanmış məktuba görə qadın sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra, o, həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.

Rollen Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda ittiham edib.

Qadın buna sübut kimi Delon qardaşlarının və bacısı Anuşkanın yazışmalarını da göstərib, burada aktyorun oğlu Enthoni atasının kimyəvi terapiyasını dayandırmağı təklif edib. Vəkil Rollen onun adından yazdığı məktubda Delon uşaqlarının bu cür hərəkətlərinin qətl cəhdi kimi qiymətləndirilə biləcəyinə işarə edib.

Qeyd edək ki, daha əvvəl Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atasının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatı ailədən gizlətməkdə günahlandırıb. "Bacım heç vaxt qardaşıma (aktyorun kiçik oğlu Alen-Fabien -red) və mənə məlumat vermədi ki, 2019-2022-ci illər ərzində atamla İsveçrədə klinikaya səfər zamanı beş koqnitiv test aparılıb və o, bunların heç birini keçə bilmərz", - Entoni Delon yerli mətbuata müsahibəsində bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur reper axtarışa verildi
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA