Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100832
az

Tramp: ABŞ müharibə olacağı təqdirdə Avropa Birliyinə kömək etməyəcək

18:2610 Yanvar, 2024
123
DÜNYA
  • A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Aİ nümayəndələri ilə təkbətək söhbətində ABŞ-ın Aİ-yə hücum ediləcəyi təqdirdə ona kömək etməyəcəyi barədə xəbərdarlıq edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Politico” qəzeti Trampın 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşündə iştirak edən Avropanın daxili bazar üzrə komissarı Tyerri Bretona istinadən yazır.

 

“Siz başa düşməlisiniz ki, Avropaya hücum edilərsə, biz heç vaxt sizin köməyinizə gəlməyəcəyik və sizə dəstək verməyəcəyik”, - deyə Breton Trampın sözlərindən sitat gətirib.

 

Onun sözlərinə görə, keçmiş Amerika prezidenti NATO-nun faydasızlığından və ABŞ-ın alyansdan çıxacağından da danışıb. Breton Trampın mövqeyini narahatedici adlandırıb və onun ABŞ prezidentliyinə mümkün qayıdışından ehtiyatlandığını qeyd edib.

 

Bundan əvvəl Ağ Evin keçmiş hüquqşünası Ty Cobb bildirmişdi ki, Donald Tramp ölkə tarixində demokratiya üçün ən böyük təhlükədir. O, amerikalıları Trampa “çox ciddi” yanaşmağa çağırıb.

 

Bundan əvvəl Nümayəndələr Palatasının üzvü Nensi Pelosi ölkə iqtisadiyyatının çökməsinin bir il ərzində baş verə biləcəyini deyən ABŞ-ın keçmiş prezidenti Donald Trampı tənqid edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Rusiya daha bir kəndi nəzarətə götürdü
ABŞ Fələstinə dəstək aksiyalarına qadağa qoymağa hazırlaşır

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA