Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100773
az

G7, Ukrayna və Qlobal Cənub gizli görüş keçirib

17:5509 Yanvar, 2024
107
DÜNYA
  • A

Ötən ilin dekabrında Ukrayna, onun G7 müttəfiqləri və Qlobal Cənub ölkələrinin nümayəndələri arasında gizli görüş keçirilib.

 

Oxu24.com  xəbər  verir  ki, Bloomberg mənbələrinə görə, Kiyev Rusiya ilə sülh danışıqları şərtlərinə dəstək qazanmaq istəyirdi.

 

Görüşün dekabrın 16-da Səudiyyə Ərəbistanında baş tutduğu iddia edilir. Məxfilik qismən iştirakçı ölkələrin özlərini daha rahat hiss etmələrinə yönəldilib.


Həmsöhbətlərin fikrincə, daha kiçik format Ukraynada Sülh Formulu adlanan və sülh prosesinin irəliləyiş planlarının, habelə gələcəkdə Rusiya ilə potensial qarşılıqlı fəaliyyət prinsiplərinin daha azad və səmimi müzakirəsinə imkan verib.

Adının çəkilməsini istəməyən görüşlə tanış olan mənbələrə görə, Ər-Riyadda keçirilən son görüşdə əhəmiyyətli irəliləyiş əldə olunmayıb.

“Ukrayna və onun G-7 müttəfiqləri Qlobal Cənub ölkələrinin Rusiya ilə birbaşa əlaqə qurmaq çağırışlarına müqavimət göstərməyə davam etdilər. İclasda Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyə nümayəndələri iştirak ediblər. Çin, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri öz müzakirəçilərini göndərməyiblər”, - nəşr iddia edir.

Kiyev və onun G7 müttəfiqləri ədalətli sülhün Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməli olduğuna dair fikirlərini təkrarlayıb və Rusiya prezidenti Vladimir Putinin məqsədlərinin dəyişmədiyini bildirib. Müttəfiqlər Ukraynanı dəstəkləməyə davam edəcəklərini, Aİ və ABŞ isə dəstək paketlərinin razılaşdırılacağına əminliklərini ifadə ediblər.

Ukrayna və müttəfiqləri gələn həftə İsveçrədə daha böyük görüş keçirməyi planlaşdırıblar. Danışıqlar Davosda Dünya İqtisadi Forumu ərəfəsində aparılmalıdır. Mənbələrin məlumatına görə, 100-dən çox ölkədən nümayəndələr dəvət olunub. Bəzi ölkələr liderlər səviyyəsində sammitin yaxın aylarda keçirilməsini tez hesab edir, digərləri isə Rusiyanı dərhal danışıqlar prosesinə cəlb etmək istəyir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WP: Zelenski səfərbər olunanları qorxutmamaq üçün  itkilərin sayını az göstərir
Mask Çinə getdi
Bayden Trampı altı yaşlı uşaqla müqayisə edib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü