Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100770
az

Blinken Yaxın Şərqə səfərinin təfərrüatlarını açıqlayıb

17:2209 Yanvar, 2024
116
DÜNYA
  • A

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahuya və hərbi kabinet nümayəndələrinə Yaxın Şərqin digər liderlərinin Qəzzanın müharibədən sonrakı idarəçilik strukturu ilə bağlı mesajlarını çatdırmaq niyyətində olduğunu bildirib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

 

Qəzet İsrail prezidenti İsaak Hersoqla görüşdən sonra Blinkendən sitat gətirir: “Xüsusən də gələcək fəaliyyətlər haqqında danışılası bir şey var”.

 

Blinken regionun digər ölkələrində danışıqlar zamanı ona deyilənləri İsrail liderlərinə çatdırmağı planlaşdırdığını vurğulayıb.

 

“Mən regionun bir sıra ölkələrindən – Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanından indicə gəlmişəm və bu liderlərdən eşitdiklərimin bəzilərini prezidentlə bölüşmək istəyirəm. eləcə də bu gün baş nazir və Nazirlər Kabineti ilə görüşəcək”, - ABŞ dövlət katibi bildirib.

 

Bundan əvvəl Amerikanın Axios portalı adı açıqlanmayan İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail HƏMAS ilə girovların azad edilməsinə dair razılıq əldə olunmasa, fələstinlilərin Qəzzanın şimalına qayıtmasına icazə verməyəcək, İsrail rəsmiləri ABŞ dövlət katibinə məlumat vermək niyyətindədirlər. 

 

Daha əvvəl Berbok Qəzza zolağının və İordan çayının qərb sahilinin kimə məxsus olduğunu bildirmişdi.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR