Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100533
az

Çin 2024-cü ildə ilk peyklərini uğurla orbitə buraxıb

18:2505 Yanvar, 2024
122
DÜNYA
  • A

Yanvarın 5-də Çin 2024-cü ildə ilk peyk bürcünü uğurla orbitə çıxarıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə TASS Çin Aerokosmik Elm və Sənaye Korporasiyasına  istinadən məlumat yayıb.

 

Məlumata  görə, “Tianmu-1” meteoroloji peykləri Çinin “ExPace Technology” şirkəti tərəfindən yerli vaxtla saat 19:20-də Jiuquan” peyk buraxılış mərkəzindən orbitə çıxarılıb.

 

Peyklər orbitə “Kuaizhou-1A” daşıyıcı aparatı ilə çıxarılıb və avadanlıqlar hava şəraiti ilə bağlı məlumatların ötürülməsi üçün kommersiya məqsədləri üçün istifadə olunacaq.

 

Bundan əvvəl G60 Starlink layihəsinin ilk peykinin Çində buraxıldığı bildirilirdi. Cihaz milyarder İlon Maskın SpaceX şirkətinin Amerika Starlink şirkəti ilə rəqabət aparacaq gələcək İnternet rabitə şəbəkəsinin bir hissəsi olacaq.

 

Layihə 2022-ci ildə Çin Elmlər Akademiyasının Mikrosatellit İnnovasiya Akademiyası tərəfindən yaradılmış dövlətə məxsus Shanghai Gesi Aerospace Technology (Genesat) tərəfindən idarə olunur.

 

Bundan əvvəl məlum olub ki, Çin dekabrda üç tədqiqat peykini orbitə çıxarıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bavariyada bir rus iki ukraynalını öldürüb
WP: Zelenski səfərbər olunanları qorxutmamaq üçün  itkilərin sayını az göstərir
Mask Çinə getdi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü