Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100189
az

Jirinovskinin 2024 üçün şok proqnozu: “ABŞ-da seçki bu səbəbdən olmayacaq”  

12:5801 Yanvar, 2024
112
DÜNYA
  • A

“İranın bölünməsi nəticəsində  Qafqazda çox sayda qaçqın meydana çıxacaq”

 LDPR-nin mərhum lideri Vladimir Jirinovski ölümündən əvvəl də 2024-cü il üçün proqnoz verə bilib. Onun növbəti iki il üçün proqnozlarını  “Qorodçe” nəşri  üzə çıxarıb.

Məlum olub ki,  Jirinovski çıxışlarının birində ABŞ-ı gözləyən bəzi hadisələri proqnozlaşdırıb. Onun sözlərinə görə, millətlərarası münaqişələrin alovlanması nəticəsində Amerika  dağılacaq. Jirinovski qeyd edib ki, bu proses SSRİ-nin mövcudluğunun sonu kimi olacaq. "2024-cü ildə Birləşmiş Ştatlarda seçkilər olmayacaq, çünki Amerikanın özü olmayacaq" deyə, nəşr onun sözlərindən sitat gətirib. 

Onu da əlavə edək ki, Jirinovski ölümündən xeyli əvvəl Yaxın Şərqdə münaqişə olacağını, bu səbəbdən Ukraynanın ikinci plana ya da, unudacağını demişdi. O bildirib ki, Yaxın Şərqdəki qarşıdurma İsraillə İran arasında birbaşa toqquşmaya gətirib çıxaracaq. Və əgər  bu konflikt aktiv fazada başlayarsa,  neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələcək.

Siyasətçinin 2025-ci illə bağlı proqnozunu isə  Dövlət Dumasının vitse-spikeri Boris Çernışov öz Telegram kanalında açıqlayıb. O deyib ki,  arxiv sənədləri ilə işləyərkən Jirinovskinin qeydlərinə rast gəlib. Jirinovski  həmin qeyddə yazıbmış ki, “2025-ci ildə slavyan dünyasının birləşmə ili  olacaq. 2040-cı ildə rus dünyası ən azı SSRİ sərhədləri daxilində birləşməsi gözlənilir”. 

Qeyd edək ki, hələ 2019-cu ildə Jirinovski Ukraynanın ərazilərinin bir hissəsini itirəcəyini, bir neçə regionunun isə Rusiyanın tərkibinə daxil olacağını bəyan etmişdi. 2021-ci ilin dekabrında isə siyasətçi proqnozlaşdırmışdı ki, bir ildən az müddətdə, 2022-ci il fevralın 22-də baş verəcək hadisələrdən sonra “Rusiya yenidən  nəhəng olacaq”.   “2022-ci ilin sülh ili olmasını istərdim, amma həqiqəti sevirəm, 75 ildir həqiqəti deyirəm.  Bu, Rusiyanın nəhayət yenidən böyük ölkəyə çevriləcəyi il olacaq”, - Jirinovski qeyd edib.

Jirinovski  2030-cu ilə qədər Yaxın Şərqin siyasi xəritəsinə dair proqnozları da var.   

"Pakistan Əfqanıstanla birləşəcək və vahid Puştunustan dövləti yaradılacaq. Puştun olmayan bütün digər xalqlar qərbə, Orta Asiyaya doğru itələnəcəklər.   Ancaq o vaxta qədər İranın özü məhv ola bilər. İran əleyhinə qüvvələr onun yerinə ayrıca İran Azərbaycanı,  Türkmənistan və Bəlucistan yaratmağa çalışacaqlar. Ölkənin bölünməsi nəticəsində şimala - Qafqaza və Türkmənistana qaçan çox sayda qaçqın meydana çıxacaq. Xüsusilə, İran türkmənləri Orta Asiyada türkmənlərlə bir araya gəlməyə çalışacaqlar və bunun əsasında münaqişələr mümkündür.

Türkiyədə, ABŞ -ın dəstəyi ilə, Türkiyə, Suriya, İran və İraqlı kürdlər - onların sayı təxminən 40 milyon nəfərdir - əsasında paytaxtı Diyarbəkirdə yeni bir Kürdüstan dövləti yaradılacaq. Bununla Türkiyənin bölünməsinə başlanacaq. Sonradan Avropa Ermənistana hələ də Türkiyənin bir hissəsi olan Qərbi Ermənistan torpaqlarını qaytarmağa kömək edəcək, Yunanıstan Kipri azad edəcək və İzmirə iddia edəcək. Bolqarıstan Trakiyanı geri qaytarmağa çalışacaq. İraqda sünnilər yenidən hakimiyyətə qayıdacaq və ölkənin şimalında, paytaxt Bağdadda hakimiyyəti bərpa edəcək və cənub hissəsi paytaxtı Bəsrədə yeni bir şiə-ərəb dövlətinin əsasını qoyulacaq.

Bu dəyişikliklərin əsas faydalananı bu kiçik, parçalanmış dövlətlərə hakim olacaq İsrail olacaq. Əfqanıstan, İran və Türkiyədən çox sayda qaçqın Cənubi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan da daxil olmaqla, bütün Orta Asiyada uzun sürən vətəndaş müharibəsinə səbəb olacaq. Daha şimala qaçacaq öz qaçqınları olacaq. Amma Rusiya heç kimə nə öz ərazisinə, nə də ərazisi ilə Qərbə, Avropaya girməsinə icazə verməyəcək.

Nəticədə, uzun sürən vətəndaş müharibəsindən sonra, 2030-cu ilə qədər, Mərkəzi Asiya respublikalarının liderləri təhlükəsizliyi təmin etmək üçün öz ərazilərini Rusiyaya birləşdirilməsini istəyəcəklər. Rusiya-Puştunustan sərhədinin bir tərəfdən Əfqanıstan, digər tərəfdən Tacikistan, Özbəkistan və Türkmənistan arasındakı mövcud sərhəd boyunca keçməsini istəyəcəklər.

  Xatırladaq ki, LDPR lideri Vladimir Jirinovski 2022-ci il aprelin 6-da 75 yaşında koronavirusdan vəfat edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı