Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100090
az

Rusiya Ukraynada yarım milyon insanını itirəcək - BRITANIYA Kəşfiyyatı

18:5730 Dekabr, 2023
105
DÜNYA
  • A

AP Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı 30 dekabr tarixli kəşfiyyat məlumatlarına istinadən yazır ki, Ukraynadakı müharibədə Rusiya itkilərinin nisbəti belə davam edərsə, ümumi rəqəm 2025-ci ilə qədər 500 min şəxsi keçəcək.


Oxu24.com  xəbər  verir  ki, kəşfiyyat 2023-cü ildə Ukraynaya qarşı müharibədə Rusiya qüvvələri arasında gündəlik itkilərin artdığını qeyd edib və bunun əsasında öz proqnozlarını verib.

 

Qeyd olunur ki, 2023-cü ildə ölən və yaralanan Rusiya hərbçilərinin orta gündəlik itkisi gündə təxminən 300 nəfərə çatıb ki, bu da 2022-ci illə müqayisədə çoxdur.

 

“Ukrayna tərəfinin bildirdiyi gündəlik itkilərin sayının bu qədər artması, demək olar ki, 2022-ci ilin sentyabrında ehtiyatda olan hərbçilərin “qismən səfərbərliyindən” sonra Rusiya qüvvələrinin deqradasiyası və onların daha aşağı keyfiyyətli və daha çox sayda “kütləvi ordu”ya çevrilməsinin sübutudur. Çox güman ki, yüksək peşəkar və təcrübəli bölmələrin kohortasını bərpa etmək üçün 5-10 il vaxt lazımdır”, - icmalda deyilir.

 

Britaniya kəşfiyyatı Əfqanıstandakı 9 illik müharibədə SSRİ-nin təxminən 70 min insan itirdiyini də xatırladıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü