Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99973
az

Azərbaycanın məşhur idmançısından Prezidentə sensassion müraciət - FOTO

22:1527 Dekabr, 2023
1686
CƏMİYYƏT
  • A

4 qat Avropa çempionu, 3 qat Dünya çempionu, 3 qat Olimpiya mükafatçısı Hacı Əliyev Xankəndidəki səfərdə prezident ilə görüş proqramına salınmadığı və Gənclər və İdman Nazirliyi tərəfindən ilin 10 idmançısı siyahısına salınmadığı üçün etirazını bildirib.

Oxu24.com  xəbər verir ki, tanınmış idmançı məsələ ilə sosial media hesabında paylaşım edib. 


O Gənclər və İdman Nazirliyi haqda bu sözləri yazıb:

"Bu il Azərbaycan Güləş tarixində ilk dəfə olaraq 4 qat Avropa çempionu olaraq adımı güləş tariximizə yazdım ve Bakıda keçirilən Hərbçilərin Dünya çempionu oldum. Buna baxmayaraq, Gənclər ve İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim. Heç ilin 10 idmançısı siyahısına belə düşmədim. Sağ olsun Gənclər ve İdman nazirliyi. Cənab Prezidetimiz İlham Əliyev bu il idmançıları tarixi qələbə qazandığımız gözəl Qarabağımıza dəvət edib, orada görüşdü, idmanı ve idmançıları nə qədər sevdiyini bir daha sübut etdi. Ama çox heyif ki, bu görüşə mənim adımı Gənclər ve İdman Nazirliyi salmadı, məni Cənab Prezident ilə görüşə buraxmadılar. 

İdmançı Prezidentə də müraciət edib: 

"Mən inanıram ki, Cənab Prezident məni də orada görməyə çox sevinərdi. Amma Gənclər və İdman nazirliyi buna şərait yaratmadı. Bu qədər nəticə qazanmışam, bu qədər qələbələr gətirmişəm ölkəmizə. Amma məni bu tarixi görüşdən məhrum etdilər. Bu haqsızlığa görə inanıram ki, bir tədbir görüləcək, biz Cənab Prezidentimizə güvənirik!".

Həmin paylaşımı təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ