Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99851
az

ATV telekanalının 23 yaşı tamam olur

13:2525 Dekabr, 2023
188
CƏMİYYƏT
  • A

Bu gün Azad Azərbaycan (ATV) telekanalının yaranmasından 23 il ötür.

Oxu24.com  xəbər verir ki, Azərbaycan teleməkanında yetərli qədər öz sözünü deyən kanal ilk dəfə dekabrın 25-i 2000-ci ildə fəaliyyətə başlayıb.

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi tərəfindən 1998-ci in mayın 13-də dövlət qeydiyyatına alınıb.

Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və cizgi filmlər təşkil edib.

Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramı yayımına başlayıb.

2009-cu ilin oktyabrında “ATV International” adlı digər kanal yayıma başlayıb. 2013-cü ildə kanalın adı dəyişdirilərək CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.
21 dekabr 2015-ci il tarixində “ATV Plus”da “HD” yayıma başlayıb. Hazırda “Azad Azərbaycan HD” kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var.

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır.

28 yanvar 2022-ci ildə “Azerspace-1” peykində HD yayım formatına keçib.

Oxu24.com  kollektivi adından ATV-dəki həmkarlarımızı təbrik edir, onlara işlərində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO
Fəlsəfə doktoru vəfat etdi - FOTO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ