Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99442
az

Birbank-dan bank sektorunda yenilik: Rəqəmsal depozit

15:0515 Dekabr, 2023
147
CƏMİYYƏT
  • A

Birbank-dan bank sektorunda yenilik: Rəqəmsal depozit

Ölkənin ilk rəqəmsal bankı Birbank bank sektorunda daha bir yeniliyə imza atdı. Belə ki, Birbank mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə verildi.

Müştərilər üçün sərfəli və rahat imkanlar yaradan “Rəqəmsal depozit”dən istifadə etmək üçün sadəcə Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitləri”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir.

Məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kampaniya 31 yanvar tarixinədək keçərlidir.

Rəqəmsal depozitdə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1₼, maksimum 250 000₼ məbləğində depozit yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Faiz miqdarını depozit kalkulyatoru ilə asanlıqla hesablamaq mümkünür: //bir.bank/bbrdpr

Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onları təltif etdi
Sabahın havası AÇIQLANDI
Bakıda bu ərazilər plana düşdü: Söküntü başlayır (VİDEO)

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü