Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99355
az

"Bakı və Abşeronda zəlzələ olacaq, növbəti güclü silkələnmə..." - Seysmoloq XƏBƏRDARLIQ ETDİ

23:0712 Dekabr, 2023
936
CƏMİYYƏT
  • A

“Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.

 

Oxu24.com  bildirir ki, bunu oxu.az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.

 

O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır:

 


“Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır”.


Seysmoloq onu da qeyd edib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər:
“Bakı bu gün çox yüklənib. Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq.

 

Abşeronda qeydə alınan zəlzələ ola bilər ki təkrarlansın. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ