Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99329
az

Dövlət Xidmətində Ümummilli Liderə həsr olunan tədbir keçirilib

13:1012 Dekabr, 2023
149
CƏMİYYƏT
  • A

Dövlət Xidmətində Ümummilli Liderə həsr olunan tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SHXÇDX-nin rəhbər heyəti,  Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun və Xidmətin Aparatının şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə misilsiz xidmətlərə imza atdığını bildirib. Bütün fəaliyyətini Azərbaycana həsr etmiş Ulu Öndərin ötən əsrin sonlarında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirməklə yanaşı ölkəmizin gələcək inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edib. Cəmiyyəti respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda birləşdirməyə nail olan Ümummilli Liderin hərbi sahəyə önəm verdiyini, müasir ordu quruculuğu prosesinin əsasını qoyduğunu diqqətə çatdırıb. 

İşğal altında olan torpaqlarımızın Vətən müharibəsində qəhrəman Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsinin Ulu Öndərin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti, siyasi qətiyyəti sayəsində reallaşdığı vurğulanıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:
Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı