Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99273
az

Kapital Bank daha 9 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

15:5011 Dekabr, 2023
159
CƏMİYYƏT
  • A

Kapital Bank daha 9 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 9 vətəndaşa dəstək göstərib.

Naxçıvan Muxtar Respublikasından müraciət edən Əliabad qəsəbə sakini Azadə Bəylərovaya, Naxçıvan şəhər sakini Nahidə Kərimovaya və Şərur rayonunun 4 sakini Faiq Bayramov, Kəminə Həsənova, Yeganə Şirəliyeva, Əfsanə Süleymanovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar alınıb. Culfa rayonundan müraciət edən Zeynəb Xəlilova kiçik dərzi sexi, Elnur Hacıyev isə avtotəmizləmə xidmətləri göstərmək üçün lazımi avadanlıqlarla təmin edilib. Eləcədə Ağdam rayon sakini Gülnar Ağayevaya da un məmulatları hazırlamaq üçün gərəkli avadanlıqlar alınıb.

Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 141 nəfərə çatıb.

Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR