Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99120
az

Cəsarət Valehov vəzifəsindən azad olunub

18:0308 Dekabr, 2023
202
CƏMİYYƏT
  • A
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub. “Report” xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub. Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb. C.Valehov "Report"un nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun ləğvi ilə bağlı sualına konkret cavab verməyib: "Hazırda səhhətimdə problemlər var, danışa bilmirəm. Yeni dəyişiklik olub, başqa nə deyə bilərəm?!". C.Valehov bir qədər sonra özünün feysbuk hesabında bunları yazıb: "Yaxın günlərdə yeni iş fəaliyyətimlə bağlı məlumat verəcəyəm". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada Natəvanın vandalizmə məruz qalan heykəli bərpa olundu - FOTO
Ən yüksək balı bu məktəbin məzunu topladı
Bayden Ukrayna ilə bağlı əmr imzaladı: 400 milyon dollar...

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO