Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98984
az

Azərbaycanda dönərdə bakteriya aşkarlandı - FOTO

20:5905 Dekabr, 2023
215
CƏMİYYƏT
  • A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Mingəçevirdə dönərdə bakteriya aşkarlayıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti və İ.Qayıbov küçəsinin kəsişməsində fəaliyyət göstərən "Minchicago" dönərxanasında Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida obyektində sanitar norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu məlum olub.

Bişmiş toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində mikrobioloji göstəricilərində uyğunsuzluq (E.Coli) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs barəsində inzibati cərimə tətbiq edilib, nöqsanlar aradan qaldırılanadək dönər satışının dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub və icrası zəruri göstərişlər verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli tərəvəzin adı açıqlandı
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü