Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98924
az

Qızıl  tarixi  rekordu  qırıb

13:3004 Dekabr, 2023
132
  • A

Qızılın qiyməti bir unsiya üçün 2100 dolları ötüb, bu da rekorda imza atıb.

 

Oxu24.com -un   məlumatına görə, ticarətin açılışında metalın qiyməti pandemiya zamanı 2020-ci ildə müəyyən edilmiş bütün zamanların ən yüksək həddini keçərək 2,135,39 dollara çatıb.

 

Agentliyin aydınlaşdırdığı kimi, İsrail və HƏMAS hərəkatı arasında gedən müharibə fonunda treyderlər arasında qızıl külçələrinə maraq artıb.

 


AFP başqa bir amil kimi inflyasiyanın yavaşlamasını göstərir ki, bu da Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı sala biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

 

Bu fikir FED sədri Jerome Powell dekabrın 1-də dərəcələrin "məhdudlaşdırıcı ərazidə" olduğunu söylədikdən sonra möhkəmləndi və bu, "Fed-in tezliklə dərəcələri azaltmağa başlaya biləcəyinə ümid artırdı".

 

Noyabrın sonunda dünya bazarında qızılın qiyməti 1 troy unsiyası üçün 2050 dollardan yuxarı qalxaraq son 7 ayın ən yüksək həddinə çatıb.

 

Analitiklər hesab edirlər ki, metal kotirovkalarının növbəti artımı əhəmiyyətli olmayacaq və ilin sonuna kimi qiymətlərin 1,9 min dollara düşəcəyini istisna etmirlər.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc