Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98855
az

Mask yenə rekorda imza atdı: 800 kilometr məsafə, iki milyon sifariş - VİDEO - FOTO

20:0002 Dekabr, 2023
154
CƏMİYYƏT
  • A

Amerikalı milyarder İlon Maskın "Tesla" şirkəti "Cybertruck" pikapının kütləvi satışına başlayıb. Elektrikli pikapın ən ucuz versiyası 60 990 dollara (103,5 min manat) başa gələcək ki, bu da 2019-cu ildə vəd edilən 40 min dollardan (68 min manat) xeyli çoxdur.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, Pikapın ən güclü versiyası olan "Cyberbeast", eləcə də tam ötürücülü versiyaları 2024-cü ildən başlayaraq müştərilərə müvafiq olaraq 100 min dollar (170 min manat) və 80 min dollarlıq (136 min manat) başlanğıc qiymətlərlə təqdim olunacaq.

Şirkətdən verilən məlumata görə, avtomobil 1,5 tondan çox yük daşıya, 96 km/saat sürəti 2,9 saniyəyə yığa və bir akkumulyatorun doldurulması ilə 800 km məsafə qət edə biləcək.

"Cybertruck" sifarişləri artıq 2 milyona çatıb.
Qeyd edək ki, "Cybertruck"ın imkanlarının sərgiləndiyi videoda Mask pikapın pulemyotla atəşə tutulma anını göstərib. Kadrlarda maşının gövdəsi əzilsə də, deşilmədiyi görünür.

Bundan əvvəl "Tesla" şirkəti pikapı oxla sınamasının görüntülərini paylaşmışdı.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü