Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98810
az

Ölkəni cənginə alan qızılca hansı hallarda ölümə səbəb olur? – PEDİATR DANIŞDI

00:4302 Dekabr, 2023
169
CƏMİYYƏT
  • A

Son zamanlarda qızılca xəstəliyi bütün ölkəni öz cənginə alıb. Belə ki, Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə qızılcaya yoluxanların sayı bir xeyli çoxdur. Hətta qızılcandan ölüm halları da müşahidə olunur. Maraqlısı budur ki, qızılca xüsusilə uşaqlar arasında daha çoxdur. 

Maraqlıdır, görəsən, qızılca hansı hallarda ölümə səbəb olur?

OXU24.COM -un xəbərinə görə, məsələ ilə bağlı pediatr Qoşqar İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər. 

Onun sözlərinə görə, boğaz şişkinliyi, boğaz ağrısı kimi kataral əlamətlərlə başlayır:

"Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Qızılcadan ölüm halları əsasən ağırlaşmalar olduqda baş verir. Belə ki, vaxtında həkimə müraciət etmədikdə xəstəlik pnevmaniyaya və meningitə səbəb olur".

Qoşqar İsamyılov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son iki-üç ayda qızılca geniş vüsət alıb:

"Xüsusilə də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Uşaqlar 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya olunmalıdırlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub