Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98747
az

Baş nazir iclas keçirdi - FOTO

14:5030 Noyabr, 2023
155
CƏMİYYƏT
  • A

Azərbaycan İqtisadi Şurasının və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində AİH-nin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əməliyyat göstəricilərinə dair əsas nəticələr, "Azərbaycan Hava Yolları" QSC və "Azərbaycan Dəmir Yolları" QSC-lərin borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub.

İclasda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.  

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

 

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi