Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98741
az

“Ermənistan gec-tez təkbətək görüşə razılaşacaq” – Elmar Məmmədyarov

11:3330 Noyabr, 2023
138
CƏMİYYƏT
  • A
Xəbər verdiyimiz kimi Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün bildirib ki, yaxın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər:
 
"Ümumiyyətlə, beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan bütün fundamental məsələlər üzrə razılıq əldə olunub".
 
Erməni spikerin konkret vaxt söyləməsi xeyli təəccüb doğurub. Çünki, iki ölkə arasında 4 aydan artıqdır ki, hər hansı bir təmas yoxdur.
 
OXU24.COM  xəbər verir ki, məsələylə bağlı bizim.media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, nazir olduğu dövrlərdə də Ermənistan tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilib:
 
"Halbuki, bu cür məsələlərdə vaxt məhdudiyyəti qoymaq düzgün deyil. Bu iki məqsəd üçün edilir. Ya yalan danışılır, ya da ki, təzyiq göstərməyə çalışılır. Guya ki, Ermənistan sülh sazişi imzalamağa hazırdır, amma qarşı tərəf bundan yayınır. Ona görə də sülh sazişinin imzalanacağı tarix barədə konkret nəsə demək çox məsuliyyətli işdir. Təəssüf ki, ermənilərdə də bu məsuliyyət hissi yoxdur".
 
 
Sabiq nazirin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, birbaşa danışıqlara hazırdır:
 
"Nəzərə alaq ki, noyabrın 30-da sərhəddə delimitasiya ilə bağlı görüş gözlənilir. Bu görüşdən çox şey asılıdır. Yəni biz biləcəyik ki, ermənilər öz sözlərində bu dəfə nə qədər səmimidir.
 
Halbuki, sentyabrda Azərbaycan sülh sazişi ilə bağlı təkliflərini Ermənistana göndərdi. Nəhayət noyabrda Ermənistan buna cavab verdi. 
 
Növbəti addım o ola bilər ki, Ermənistan Azərbaycanın sərhəddə birbaşa görüş təklifini qəbul etsin. Əlbəttə ki, Ermənistan gec-tez bu təkliflə razılaşacaq. Çünki Azərbaycan sülh sazişi üçün alternativ görmür. Ermənistan birbaşa görüşü nə qədər tez qəbul etsə, sülh sazişi də bir o qədər tez bağlanar".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər... - VİDEO
İqtisadiyyat və maliyyə nazirlərlərinə yeni səlahiyyəti verildi
Kanalda batan yeniyetmənin meyiti tapıldı

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü