Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98647
az

Azərbaycanlı gəlin 3 nəfəri ölümdən qurtardı - FOTO

12:0628 Noyabr, 2023
110
CƏMİYYƏT
  • A

Türkiyədə ağır yol qəzası olub.

OXU24.COM bildirir ki, hadisə Milas-Bordum magistral yolunda qeydə alınıb. Y.G.-nın idarə etdiyi avtomobil yağışlı havada idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə 5 nəfər yaralanıb.

Bu zaman bir qadın özünü çatdıraraq yaralılara dərhal tibbi müdaxilə edib və durumu ağır olan 3 nəfərin həyatını xilas etmək mümkün olub. Məlum olub ki, həmin qadın 2 uşaq anası olan azərbaycanlı tibb bacısı Zehra Akerdir.

O, açıqlamasında Naxçıvanda doğulduğunu və tibb təhsili alaraq bu peşədə işlədiyini bildirib:

"Tibbi bacısı işlədiyim zaman həyat yoldaşımla tanış olduq. Türkiyəyə gəlin gəlmişəm. Bir qız, bir oğlum var. Ərim özəl şirkətlərdən birində çalışır. Hadisə zamanı xəstə yanından gəlirdim. Qarşımda qəza olduğunu görüb avtomobilimi sağa çəkdim. Çantamda bütün ləvazimatlarım var. Dərhal düşüb yaralılara kömək etdim. İnsanlıq borcumu yerinə yetirdim".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO