Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98500
az

“SİMA İmza” ilə kredit alanlara “Bank VTB”dən 1%-dək endirim!

19:2724 Noyabr, 2023
221
CƏMİYYƏT
  • A

“SİMA İmza” ilə kredit alanlara “Bank VTB”dən 1%-dək endirim!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza”nın fərdi sahibkar həllinin növbəti tərəfdaşı “Bank VTB” (Azərbaycan) olub.

Tərəfdaşlığa əsasən, sahibkarlar və vətəndaşlar “SİMA İmza” vasitəsilə banka getmədən, hətta qeyri-iş saatlarında belə, kredit üçün müraciət edə bilərlər. Təklifdən yararlanmaq üçün //www.vtb.az/ saytına daxil olub fərdi və ya mikrokredit üçün müraciət edərkən sənədləri “SİMA İmza” ilə imzalamaq kifayətdir. Müraciət təsdiqləndikdən sonra vəsait müştərinin hesabına köçürülür.

“Bank VTB” xüsusilə sahibkarlar üçün SİMA rəqəmsal imza ilə geniş imkanlar təqdim edir. Belə ki, sahibkarlar “SİMA İmza” vasitəsilə iş yerini tərk etmədən 15 min manatadək mikrokredit ala bilərlər. Bundan başqa, vətəndaşlar “SİMA İmza” ilə 40 min manatadək krediti güzəştli faizlə əldə edə bilərlər. “SİMA İmza” ilə kredit müraciəti edən müştərilər üçün əlavə olaraq 1 faizə qədər güzəşt tətbiq olunur.

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

“Bank VTB” (Azərbaycan) məhsulları haqqında məlumatı www.vtb.az saytından və ya 986 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası AÇIQLANDI
Bakıda bu ərazilər plana düşdü: Söküntü başlayır (VİDEO)
Hövsanda iki avtomobil toqquşub, xəsarət alan var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü