Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98401
az

Mətbuat Şurasında jurnalist Aida Eyvazovanın 60 illik yubileyi qeyd edilib

19:3022 Noyabr, 2023
199
CƏMİYYƏT
  • A

Azərbaycan Mətbuat Şurasında (MŞ) AZTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazovanın 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Oxu24.com xəbər verir ki, MŞ sədri Rəşad Məcid yubilyarın uzunmüddətli jurnalist fəaliyyətinin örnək səciyyə daşıdığını deyib. O bildirib ki, peşəsindəki ilk addımların 1982-ci ildə dahi Nəsir İmanquliyevin “Bakı” və “Baku” axşam qəzetində atmış A.Eyvazova 1990-cı ildə Özbəkistanda indiki Uluqbek adına Milli Universitetin jurnalistika fakültəsini bitirib. Azərbaycanda ilk müstəqil nəşr olan “168 saat”da, daha sonra “Panorama” qəzetində çalışıb. 1997-ci ildən həm “Panorama”nın, həm də “Space” Müstəqil Televiziya Şirkətinin Sumqayıt şəhəri üzrə müxbir postunun rəhbəri olub.

R.Məcid A.Eyvazovanın Lider TV-nin Qazaxıstan və Mərkəzi Asiya Respublikaları üzrə müxbiri olduğunu, 2006-2013-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin eyni mərkəz üzrə bürosuna rəhbərlik etdiyini, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki “Kultura+” İnternet televiziyasında Azərbaycan dili redaksiyasının redaktoru, “Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnalının “Turan” bölməsinin redaktoru işlədiyini, hazırda ASAN Radionun efirində səslənən “Azərbaycan tarixi” layihəsinin müəllifi kimi də fəaliyyət göstərdiyini xatırladıb. O, yubilyarın aktiv jurnalist fəaliyyətində Azərbaycanın, Türk dünyasının tarixi ilə bağlı yaradıcılıq nümunələrinin çoxluq təşkil etdiyini, A.Eyvazovanın Mərkəzi Asiya Respublikalarında diaspor təşkilatlarımızın güclənməsinə misilsiz töhfə verdiyini vurğulayıb.

R.Məcid çoxşaxəli fəaliyyət diapazonuna malik A.Eyvazovanı Mətbuat Şurasının diplomu ilə təltif edib. Toplantıda yubilyara, həmçinin çalışdığı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Fəxri Fərmanı da təqdim olunub.

A.Eyvazova çoxillik əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər