Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97860
az

Piyadaların DİQQƏTİNƏ: “Cərimələr pensiya, əməkhaqqı və digər...” - VİDEO

17:4913 Noyabr, 2023
189
CƏMİYYƏT
  • A

Paytaxt yollarında sürət həddi endirildi, piyada zolaqlarının sayı artırıldı, yerüstü və yeraltı piyada keçidləri salındı, amma yol-nəqliyyat hadisələrinin sayı azalmaq bilmir.

Cari ilin doqquz ayı ərzində paytaxtın küçə, prospektlərində ölüm və xəsarətlə nəticələnən 320 yol-nəqliyyat hadisəsi baş verib. Bu heç də kiçik rəqəm deyil.

Piyadaların yol verdiyi qayda pozuntusu zamanı qeydə alınan qəzalara görə nə qədər protokol tərtib edilib? Piyadalar cərimələri ödəmirlərmi? Ödəyirlərsə, qayda pozuntuları niyə azalmır? Ümumiyyətlə, insanlar səhv olduğunu bildikləri addımı hansı məntiqlə, nə üçün təkrar-təkrar atırlar?

İş o yerə çatıb ki, piyadalar artıq yolda xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarını da görməzdən gəlirlər.

OXU24.COM  bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, ötən il ilə müqayisədə hadisələrin sayı azalıb:

"Sözügedən 320 yol-nəqliyyat hadisəsi zamanı 151 nəfər həyatını itirib. 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 17 fakt, xəsarət alanların sayı isə 15 fakt azalıb. Ümumilikdə ötən dövr ilə müqayisədə hadisələrin sayı 5,7 faiz azalsa da, bu rəqəmlər də kifayət qədər ciddidir".

Polis mayoru onu da əlavə edib ki, qeyd edilən hadisələr araşdırılıb və qəzaların əksəriyyətinin piyadavurma ilə müşahidə edildiyi məlum olub:

"Hadisələrin növünə görə analiz nəticələri onu göstərir ki, qəzaların çoxu piyadaların avtomobillə vurulmasıdır. Belə ki, yol-nəqliyyat hadisələrində piyada vurulması 182 fakt təşkil edir. Nəticədə, təəssüf ki, 84 nəfər həlak olub, 109 nəfər isə xəsarət alıb. Bu hadisələrin 26-sı isə piyadalar tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən qeydə alınıb.
 

Daha da dəhşətlisi odur ki, piyadavurma ilə nəticələnən qəzaların əksəriyyəti yolun piyadalar üçün nəzərdə tutulan infrastrukturunun yaxınlığında baş verir. Bu hallarda piyadaları İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə uyğun olaraq (Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə - qırx manat məbləğində cərimə edilir) hərəkət sürəti 80 km/saata qədər olan yollarda 20 manat, hərəkət sürəti 80 km/saat və daha yüksək olan yollarda isə 40 manat məbləğində cərimə məsuliyyəti gözləyir".

A.Əsgərli yol hərəkəti qaydalarının təbliği məsələsində DYP ilə yanaşı, təhsil sistemində də ciddi maarifləndirici işlərin görülməsinin zəruriliyini xüsusilə vurğulayıb:

"DYP olaraq biz ibtidai təhsildən başlayaraq yol hərəkəti qaydaları, yolların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan məqamları uşaqlara, gənclərə aşılayırıq. Təhsil müəssisələrində gənclərlə görüş keçiririk, həmsöhbət oluruq. Lakin görünən odur ki, cəmiyyətdə piyadaların yol hərəkəti, davranış qaydalarının formalaşması ilə bağlı təhsil sistemində ciddi addımlar atılmalıdır. Təbliğat polis tərəfindən aparılsa da, təhlükəsizlik mədəniyyəti aşağı səviyyədədir. Kim harada, necə gəldi yol keçir. Nə özünü, nə də digər hərəkət iştirakçılarını düşünür.

Siz bilin ki, son bir-iki il yox, hətta son 10 ilin belə, statistikasına baxsaq, yol-nəqliyyat hadisələrinin əsas yükünün piyadavurma halları olduğunu görərik. Hazırda Bakı şəhərində piyadalar tərəfindən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb. Onların cərimələri isə hələ də ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir. Həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Onlar məsuliyyətsizliyə davam etsələr, müxtəlif çətinliklərlə üzləşəcəklər. Misal olaraq, ölkədən çıxış zamanı müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər.

Cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla, piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşmasın. Əks hallarda cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir. İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verirlər. Ödəməsələr, artıq məcburi icra tədbirləri görülür. Nəticədə cərimələrin ödənməsi vətəndaşın pensiya, əməkhaqqı və digər formada bank kartına yönləndirilir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fidan: "Cənubi Qafqazda sülhün təmin edilməsinin son mərhələsindəyik"
DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama -“Cəzalar olacaq”
Bakıda ağlagəlməz xidmət: ödənişlə qulaq sındırırlar - QİYMƏTLƏR

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Lənkəranda evdən qadın   meyiti    tapılıb