Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97829
az

Alimlər əzələ toxumasının regenerasiyasının yeni üsulunu icad ediblər

00:5613 Noyabr, 2023
138
CƏMİYYƏT
  • A

Kanadanın "Evolved.Bio" biotexnoloji şirkətinin müxətəssisləri Vaterloo Universitetinin bazasında əzələ toxumasının istehsalı və regenerasiyasının üsulunu icad ediblər. Bunun əhəmiyyətli əzələ zədəsinə malik insanlara yardımçı olacağı güman edilir.

OXU24.COM  xəbər verir ki, tədqiqatın nəticələri "Advanced Functional Materials" (AFM) jurnalında dərc olunub.

Alimlər öz texnologiyalarını toxumaların "in vitro" (eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası) modelləşdirməsi üçün karkassız platforma kimi təsvir edirlər. Sonucda alınan biomateriallar daha sonra pasiyentin bədəninə implantasiya edilir.

Platforma müvafiq strukturlar və form-faktorlarla müxtəlif toxuma nümunələrinin yenidən qurulmasına imkan verən tikinti blokları kimi hüceyrə təbəqələrindən istifadə edir.

Tərtibat müəlliflərinin sözlərinə görə, onların yaratdığı üsul insana əldə edilmiş toxumaların orqanizm tərəfindən rədd edilməsinin qarşısını almağa imkan verir, belə ki "in vitro" şəraitdə yaradılmış əzələlər təbii yolla əmələ gələn əzələlərdən fərqlənmir.

Alimlər bu texnologiyadan yüz minlərlə insanıb əziyyət çəkdiyi sağalmaz xəstəlik olan sarkopeniya ilə mübarizə aparmaq niyyətindədirlər. Bu üsul digər sahələrdə, o cümlədən kultivasiya edilmiş (süni mühitdə yetişdirilən) heyvan ətinin istehsalında da istifadə oluna bilər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı