Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97734
az

Psixi xəstələr üçün İtaliyadan xüsusi maşınlar gətirildi

16:0711 Noyabr, 2023
131
CƏMİYYƏT
  • A

Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Avtomobillərin sayı 3 ədəddir: "Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu 2 üzbəüz kreslo kilitli remen ilə, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqlarla, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal,1 nəfər xəstəni müşayət edən) oturacaq ilə təchiz olunub. İtaliya istehsalı olan avtomobillərin dövlət tibb müəssisələrinə paylanılması nəzərdə tutulub".

Agentlik son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması ilə bağlı tədbirləri davam etdirir:

"Agentlik dövlət tibb müəssisələrini yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilləri satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinetal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN