Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97659
az

Tiktok bizi tərbiyələndirir? - Gözdən qaçan detal

15:3110 Noyabr, 2023
162
CƏMİYYƏT
  • A
Qəribə səslənir, elə deyilmi? Tiktok bir insanı necə tərbiyələndirə bilər?! Amma yaxın oturun, diqqətlə oxuyun, yoxsa fikirlərimi nə izah edə bilmiş olacağam, nə də siz məni başa düşəcəksiniz. 
 
Bəziləri utandığından və ya hörmətli olduğunu göstərməyə çalışdığından bu platforma haqqında söz düşən zaman "məndə tiktok yoxdur", "tiktok-dan zəhləm gedir", "yükləməmişəm" kimi reaksiyalar verir.
 
Belə bir aksiom var: niyyətin hara, mənzilin ora. Onsuz da tiktok olmasa belə, sən özünü hamıya ya tanıtmısan, ya da tanıtdıracaqsan. Pis, yaxud yaxşı, görünən kəndə nə bələdçi?
 
Tiktok-un işləmə mexanizminə, alqoritminə baxdıqda rahatlıqla anlayarsan ki, qarşımıza çıxan videolar birbaşa özümüzlə əlaqəlidir. Müasir texnologiyanın qanunauyğunluğuna əsasən, ağzından çıxardığın sözdən tutmuş mobil cihazında laykladığın, hətta bəyənməyib üzərində durduğun bütün mövzulara qədər sənin üçün "maraq dairəsi paketi" hazırlanır. Maraq dairən nədən ibarətdirsə, mexanizm sənin istəklərin üçün çalışır. Bir fərq var ki, ürəyindən keçənləri bilmir, daxili aləminə görə yox, xaricə çıxarılan keyfiyyətlərə əsasən verdiyini alırsan. "İçin nədirsə, çölün odur" da ayrı mövzudur.
 
Tiktok-un və digər belə sosial şəbəkələrin çox sadə alətlərindən istifadə etməklə istəmədiyin videonu, mövzunu görməyə bilərsən, öz əlindədir. Yox, baxıb-baxıb sonda "aə, bunların başı qaçıb" deyəcəksənsə, belə "başı qaçmış" kontentdə olan videolar qarşına çıxmağa davam edəcək. Səni də özünə bənzədəcək. Bununla həm də neqativ kontentin geniş yayılmasına səbəb olacaqsan.
 
Misal çəkim: yadıma gəlir, bir gənc oğlan mini ətək geyinmiş qadına bilmirəm hansı hissləri ilə xeyli baxdı. Sonda isə dilinin altında "nç, nç, nç" edib geyiminə etirazını ifadə etdi. Nəyin davasını döydü, başa düşmədim. Həm baxırsan, həm narazılıq edirsən?!
 
Daha bir misal üzərindən mövzumuzu tutarlı edək. Yenə də təcrübədə təsdiqini tapmış deyimə istinadla: əgər tərbiyəli olmaq istəyirsənsə, qeyri-tərbiyəliyə baxaraq onda olan xüsusiyyətlərdən özünü qoru və ya təmizlə. Yəni qoyma səndə hansısa belə parametrlər cəm olsun. 
 
Tik-tok, tik-tok və ya çik-çok, çik-çok - bu takkıltı, çıkkıltı sədası ilə "vay dədə vay" dediyin videolara baxmaqdansa, onlardan imtina et. Ta ki bəyənəcəyin, layk vuracağın mövzular qarşına çıxsın, daha sonra yayım lentin formalaşacaq.
 
Eynən insan xüsusiyyəti kimidir: pislik hesab etdiklərindən uzaqlaşdıqca, insanın daxili aləmi təmizlənir və işıq gələn yerə yönəlirsən, aydınlanırsan.
 
Enerji fəlsəfəsinə əsasən deyə bilərik ki, niyyətin nədirsə, o tale gəlib səni tapacaq. Bu, aksiomdur, yəni əsaslı, sənədli-sübutlu, təcrübə olunmuş anlayış. Mənə inanmırsınızsa, xətri sizin üçün əziz olan insandan soruşun. Deyinməyə heç bir əsasın yoxdur, bircə qınayacağın məqam var, keçirsən güzgünün önünə, kimi görürsənsə, ondan başlayırsan.
 
Tiktok digər platformalarla müqayisədə daha da tərbiyələndirir. Necə?
 
Söyüş söyən ailədən çıxan şəxsin söyüş söyməsi ilə əxlaqlı ailədən çıxıb söyüş söyənənin qiymətləndirilməsi kimi... Birinci ilə ikinci arasında çox böyük fərq var. Hünər, bacarıq, üstünlük birincinin söyüş söyməməsindədir. İkinci söyməsə də, böyük istedad göstərməyib və onun qazancı, sadəcə, taleyi ilə bağlıdır.
 
Unutmamaq lazımdır ki, bütün müasir texnologiya insan zəkasının məhsuludur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI