Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97658
az

Ailə başçısı qadındırsa, gəlir və xərclər niyə artır? – ARAŞDIRMA

15:1010 Noyabr, 2023
173
CƏMİYYƏT
  • A

Azərbaycanda ev təsərrüfatlarının tədqiqinə dair aparılan araşdırmalar göstərir ki, təsərrüfat başçısı qadın olduqda həm gəlirlər, həm də xərclər artır.

OXU24.COM  xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ev təsərrüfatının başçısı qadın olduqda ayda adambaşına düşən gəlirlər 342 manata çatır. Bu məbləğ ailə başçısı kişi olduqda əldə edilən gəlirlərdən 15 manat çoxdur.

Ailənin başçısı qadın olduqda gəlirlərin artması bir neçə səbəblə bağlıdır.

Gəlirlərdə əsas fərq digər ailələrdən və ya şəxslərdən alınan vəsaitlərdə özünü göstərir. Ailə başçısı qadın olduqda digərlərindən alınan vəsaitlərin adambaşına düşən hissəsi ay ərzində 49 manatı ötür. Bu məbləğ ailə başçısı kişi olduqda 30 manat təşkil edir.

Buradan aydın olur ki, başçısı qadın olan ailələrə digər şəxslərin və ya ailələrin yardımı artır.

Bundan başqa qadın ailə başçısı olduqda pensiya gəlirlərində də fərq yaranır. Ailə başçısı qadın olduqda ailənin adambaşına düşən gəliri 12 manatdan çox artır.
Sadalanan artımlar hesabına başçısı qadın olan ailələrdə gəlirlər fərqlənir.

Gəlirlərin çox olması xərclərdəki artıma da səbəb olur. Aparılan araşdırmalar göstərir ki, başçısı qadın olan ev təsərrüfatlarında adambaşına düşən xərclər 16 manat çoxdur. Adambaşına düşən gəlirlər başçısı qadın olan ailələrdə 344 manat olduğu halda başçısı kiçi olan ailələrdə 328manat təşkil edib.

Xərclərdə yaranan fərq qida məhsullarına, geyimə, ev əşyalarına, rabitə xidmətlərinə ayrılan pulda özünü göstərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO