Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97212
az

Məmmədbağır Bağırzadənin nəvəsi ilk dəfə efirə çıxdı – VİDEO

09:1731 Oktyabr, 2023
131
CƏMİYYƏT
  • A

Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi 16 yaşlı Məmmədbağır ilk dəfə efirə çıxıb. 

OXU24.COM  bildriir ki,  sənətkarın nəvəsi "Xəzər axşamı" proqramına müsahibə verib. 

Məmmədbağır babası ilə xatirələrini bu sözlərlə dilə gətirib: 

"İlk olaraq öz istəyimlə bu işə başladım. Zaman-zaman artıq babamın adı çəkiləndə üzərimə bir məsuliyyətin düşdüyünü hiss edirdim. Həm istək, həm də məsuliyyət bir arada musiqini davam etdirməyi qərar aldım. Bu gün də bu istiqamətdə irəliləyirəm. Həm babamın adını yaşatmaq üçün, həm də öz arzu və xəyallarıma çatmaq üçün musiqi təhsilində ən yaxşı yerə çatmaq istəyirəm.

Babam yaşadığı müddət adını Azərbaycan musiqisinə yazdırdı. Mən də onun adını daşıdığım üçün bütün məsuliyyət mənim üzərimdədir. İmtahanlarıma xüsusi diqqət yetirirəm ki, yaxşı nəticə alım. Hər zaman da mənə babamı misal olaraq gətirirlər.
Məmmədbağır Bağırzadənin nəvəsiyəm deməyi sevmirəm, çünki mənə görə insan özünə görə ad və hörmət qazanmalıdır. Amma istər-istəməz insanlar məni tanıyır. Təbii ki, onların mənə göstərdiyi münasibət mənə çox xoşdur. Babamın mahnılarını pianoda ifa etməyi çalışıram.

Onun ən xoşladığım mahnı "Azərbaycan oğluyam"dır". 

Qeyd edək ki, M.Bağırzadə 30 oktyabr 2005-ci ildə Bakıda vəfat edib. Sənətkar Nardaran qəbiristanlığında dəfn edilib. 
 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR