Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97171
az

“HOZU Dayə” filminin qala gecəsi keçiriləcək – VİDEO

13:2830 Oktyabr, 2023
175
CƏMİYYƏT
  • A

Hər kəsin gözlədiyi “HOZU” filminin üçüncüsü işıq üzü görür.

Oxu24.com xəbər verir ki, komediya janrında olan “HOZU Dayə” filmi 1 noyabrdan etibarən artıq tamaşaçıların ixtiyarına verilir.

Məcid Hüseynov, Zemfira Əbdülsəmədova, Aqil M Quliyev, Samir Ələsgərov və Tərlan Nuryaşar kimi bir çox məşhur aktyorun yer aldığı filmin quruluşçu rejissoru İlham Yaşaroğludur.

“Hozu Dayə” filminin digər ikisindən fərqi ondandır ki, “Hozu” bu filmdə müxtəlif iş sferalarında özünü sınayır. Anasına söz verdiyi kimi qəzetdə barmağını qoyduğu işdə çalışacaq. Tərslikdən “qoca bir arvada dayə axtarılır” elanına təsadüf edir. “Hozu” verdiyi sözü tutur və qocanın bütün kaprizlərinə dözür. Qoca “Hozu”nu evdən qovmaq bəhanəsiylə müxtəlif yollara əl atsa da qəhramanımız bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir. Filmin gedişatında başa düşüləcək ki, qoca əslində pis adam deyil, sadəcə olaraq bütün kaprizləri övladlarının onun yanında qalmadığına görədir. “Hozu” reallıqları bildikdən sonra qocayla bir oyun qurub övladlarının analarına diqqət etməsini gerçəkləşdirir.

Maraqlı və gülməli situasiyalarla dolu bu filmdə çox sayda sosial mesajlar var. Filmin üstünlüyü ondadırkı yaş məhdudiyyəti yoxdur.

Qeyd edək ki, “HOZU Dayə” filmini, 1 noyabrdan etibarən şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı