Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97122
az

Azərbaycanda film çəkilişində QORXUNC HADİSƏ - Canavar aktrisaya hücum etdi - FOTOLAR

10:4029 Oktyabr, 2023
190
CƏMİYYƏT
  • A

"Ülkər" filminin çəkilişlərində gözlənilməz və təhlükəli vəziyyət yaranıb. Belə ki, çəkilişlərdə istifadə edilən canavar filmdə rol alan aktrisa Röya Paşayevaya hücum edib.

OXU24.COM  xəbər verir ki, bu haqda Moderator.az-a filmin layihə rəhbəri və prodüsseri Faiq Nağıyev məlumat verib.

"Ülkər" bədii filminin ssenari müəllifi Yeganə Kərimzadədir. O bizə Fərman Kərimzadənin yadigarıdır. Film həyatda baş vermiş real hadisələr əsasında lentə alınıb. Layihə rəhbəri və baş prodüsseri mənəm, quruluşçu rejissoru Xəyalə Meydanovadır. Aktyorlarla işləyən əməkdar artist Rövşən Kərimduxtdur. Filmdə Rövşən Kərimduxt, İlham Əsədov, Məhbubə Mirpaşaqızı, Tahir İsmayılov, Mahir Mirişli, Mətləb Abdullayev və s. sənətçilər çəkilib. Bu filmdə ilk dəfə olaraq vəhşi canavarla aktrisa yarım metrdən az olan məsafədə üz-üzə qaldılar. Çox maraqlı bir sujet xətti var. Dram-tragediya janrındadır. Çəkiliş vaxtı canavar az qaldı aktrisanı parçalasın. Əslində canavar əhliləşdirilmişdi və insanlar arasında olduğundan onlara hücum etməməli idi. Səs-küy, qışqır-bağır salandan sonra canavar qaçdı. Qaçıb Xızının meşələrinə girdi. 2 gün keçəndən sonra kənd sakinləri həmin canavarı telefonla çəkib videonu bizə göndərmişdilər. Bu da sosial şəbəkələrdə marağa səbəb olmuşdu" deyə Faiq Nağıyev bildirib.Hücuma məruz qalan Röya Paşayeva da saytımıza danışıb.

"Filmin çəkilişləri çox maraqlı keçdi. Ən maraqlı və yaddaqalan o idi ki, mən ayaqyalın, əl tutmağa belə çətinlik çəkdiyim sıldırım qayaya qalxmalı oldum. Gərgin çəkilişdən sonra o dağa qalxmaq çox ağır idi. Mənim heç bir təhlükəsiz kəmərim yox idi. Çünki çəkiliş dronla aparılırdı. Mən çətinliklə də olsa qayalığın tam zirvəsinə qalxdım. Amma əsl sürpriz zirvədə, qayanın lap başında məni gözləyən canavar idi. Mən həyatda canlı canavar görməmişdim, o ki, qalsın yaxın məsafədən onunla göz-gözə dayanım. Canavar mənə hücum etmək istəyəndə bir anlıq geriyə çönüb baxdım və sıldırım qayanın zirvəsində olduğumu gördüm. Əlbəttə ki, çox qorxdum. Qışqırıq səsləri canavarı hürkütdü" deyə aktrisa bildirib.

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı