Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96938
az

Lənkəranskinin qardaşı axtarışa verildi - DETALLAR - FOTO

21:2324 Oktyabr, 2023
136
CƏMİYYƏT
  • A

Türkiyədə öldürülən azərbaycanlı avtoritet "Lotu Quli" ləqəbli Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.

OXU24.COM  APA-ya istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib.

Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib.


Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə nitqinə hazırlamaq üçün vaxt verilib.

Qeyd edək ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi əsasında yaxın adamı Xaqan Zeynalov tərəfindən qisas məqsədilə öldürüldüyü deyilir.


Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb
Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər