Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96873
az

AIMC “Rebuild Karabakh - 2023” sərgisində iştirak edib

11:1323 Oktyabr, 2023
119
CƏMİYYƏT
  • A

AIMC “Rebuild Karabakh - 2023” sərgisində iştirak edib

“Azerbaijan Mining International Company Limited” (AIMC) Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində iştirak edib.

Sərgidə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri ilə bağlı yerli və xarici şirkətlər, dövlət qurumları tərəfindən müxtəlif guşələrdə təqdimatlar edilib, mövcud məhsul və xidmətlər sərgi iştirakçılarının diqqətinə çatdırılıb. 

Sərgi iştirakçıları AIMC-nin Azərbaycandakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər, korporativ sosial məsuliyyət layihələri və ölkə iqtisadiyyatının inkişafı üzrə gələcək planları, ölkə iqtisadiyyatına gələcək investisiyaları və digər məsələlərlə yaxından tanış olmaq imkanı əldə ediblər. 

Qeyd edək ki, sərginin əsas hədəfi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin işğaldan azad edilmiş ərazilərin inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını təmin etməkdir. 
Xatırladaq ki, sərgidə 2-ci ildir ki, iştirak edən AIMC Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ABŞ-ın RV Investment Group Sevrvices LLS» şirkəti arasında 1997-ci il avqustun 20-də imzalanmış hasilatın pay bölgüsü haqqında Sazişə və ona 20 iyun 2022-ci il tarixli Dəyişikliyə əsasən Zəngəzur iqtisadi zonasında yerləşən işğaldan azad edilmiş Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal yataqlarının kəşfiyyatı və işlənməsi hüququna sahibdir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK
Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər