Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96801
az

Son günlər çoxalan göbələkdən zəhərlənmənin səbəbi AÇIQLANDI - VİDEO

11:3421 Oktyabr, 2023
148
CƏMİYYƏT
  • A

Son 3 ayda 16 nəfər göbələk zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. 

OXU24.COM  bildirir ki, daha çox yaz və payız aylarında göbələk zəhərlənməsinə rast gəlindiyini deyən Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu cür zəhərlənmələr bəzən ölümlə də nəticələnir.

O qeyd edib ki, göbələk zəhərlənmələrinə səbəb vətəndaşların bu məhsulun zəhərli və yeməli növlərini bir-birindən ayırd edə bilməməsidir.

Toksikoloq qeyd edib ki, göbələk çətin həzm olunan qida məhsuludur. Bu məhsuldan istifadə zamanı onun bişirilmə qaydasına da xüsusi diqqət yetirilməlidir. Xüsusən də həssas qrupdan olan insanlar göbələk yeyərkən ehtiyatlı olmalıdırlar.

Şöbə müdiri göbələk alarkən diqqətli olmağı, daha çox marketdə satılan məhsula üstünlük verməyi tövsiyyə edib.

O bildirib ki, qidanı qəbul etdikdən sonra ürəkbulanma və qusma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı