Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96768
az

Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi

10:4819 Oktyabr, 2023
69
CƏMİYYƏT
  • A

Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi

Qırmızı Ürəklər Fondunun könüllüləri “Pəncəli Ürəklər” aksiyası çərçivəsində “Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını ziyarət edərək qida yardımı ediblər.

Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə  evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır. Belə ki, fondun məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva, Xədicə Əliyeva “Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, “Azerbaijan British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin.

Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir. Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və bu mövzuda töhfə vermək üçün müraciət ediblər. 

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fəlsəfə doktoru vəfat etdi - FOTO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
“Gənclik” metrostansiyasında sərnişin qatar yoluna düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ