Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96729
az

Özbaşına antibiotik istifadəsinin yan təsirləri ola bilər

22:2718 Oktyabr, 2023
139
CƏMİYYƏT
  • A

Bir çoxları soyuqdəymə şikayətləri olan kimi, dərhal reseptsiz dərmanlara müraciət edirlər. Amma bunlar həmişə tamamilə təhlükəsiz deyil.

OXU24.COM  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Mütəxəssis-ekspert bildirib ki, qrip kimi viral, həmçinin bakterial infeksiyalarda da özbaşına antibiotik istifadə olunması yəqin ki, hərkəsə məlumdur.

"Belə olan hallarda orqanizmin antibiotiklərə davamlılığı yaranır, hətta daha təhlükəli yan təsirlərə səbəb ola bilər. Adi boğaz ağrısında istifadə olunan pastillərin boğaz ağrısına qarşı təsirinin olub-olmaması belə mübahisəlidir. Onlar hətta selikli qişanın bakterial florasını məhv edə bilərlər. Burun axıntısında istifadə olunan burun spreylərinin 1 həftədən artıq istifadəsi, burun selikli qişasını quruda bilər. Bunun əvəzinə duzlu su ilə sprey, çobanyastığı ilə buxar hamamı daha etibarlıdır və daha yaxşı nəfəs almağa kömək edə bilər", - deyə o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər