Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96724
az

Bu məhsulların çox istifadəsi immun sistemini zəiflədir

22:0518 Oktyabr, 2023
127
CƏMİYYƏT
  • A

"İmmunitet sisteminin zəifləməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, həm xroniki iltihabi xəstəliklər, həm autoimmun xəstəliklər. Bunlarla bağlı istifadə edilən dərmanlar, həmçinin qeyri-sağlam həyat tərzi və qidalanma da immun sisteminin düzgün fəaliyyət göstərməsinə təsir edir".

OXU24.COM bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Mütəxəssis-ekspert bildirib ki, immun sisteminin hüceyrələrinin effektiv fəaliyyəti üçün onların zəngin maddələrlə yaxşı təmin olunması mütləqdir:

"Buna görə də, karbohidratlar, şəkər və qırmızı ət, aşağı lifli rəfinə edilmiş məhsullar, doymuş yağlarla zəngin, çox duzlu, qatqılı qidalar və qablaşdırılmış məhsulların həddindən artıq istifadəsi immun sistemini zəiflədə bilər. Belə məhsulların tez-tez və həddindən artıq istifadəsi orqanizmdə iltihabın artmasına, xəstəliklərin inkişafına səbəb olur. Ona görə, vitaminlər, mineral və antioksidantlarla zəngin meyvə və tərəvəzlərdən daha çox istifadə etmək və pəhrizimizə əlavə etmək lazımdır. Məsələn, taxıl məhsulları, liflə zəngin tərəvəzlər, probiotiklə zəngin qatıq kimi süd məhsullarının istifadəsi həm də bağırsaq mikroflorasına təsir edərək, orqanizmin infeksiyalara qarşı müdafiəsini dəstəkləyir".

Zakir Quliyev həmçinin qeyd edib ki, burada həyat tərzi də vacibdir:

"Düzgün olmayan yuxu rejimi, daimi stress, alkoqol və nikotin istifadəsi, hərəkətsizlik insan immun sisteminə ciddi mənfi təsir göstərir. Düzgün qidalanma və sağlam həyat tərzi infeksiyalardan qorunmaqda kifayət etməsə belə, immun sistemimizi daha yaxşı müdafiə üçün gücləndirir, əhval-ruhiyyəmizə və orqanizmimizə yaxşı təsir göstərir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO