Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96443
az

Qazla bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

10:5513 Oktyabr, 2023
291
CƏMİYYƏT
  • A

Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Oxu24.com-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyalarında separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 13-də saat 09:30-dan işlər başa çatanadək “Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ