Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96401
az

Hacıqabulda yanaraq ölən ana və övladlarının - FOTOsu

16:5312 Oktyabr, 2023
107
CƏMİYYƏT
  • A

Ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğında həyatını itirən yeniyetmələr qəsəbədəki R.Qənbərov adına 2 saylı tam orta məktəbin şagirdləri imiş.

OXU24.COM xəbər verir ki, taxta konstruksiyalı barak tipli yataqxanadakı yanğında anaları və nənələri ilə birgə yanaraq ölən 11 yaşlı Elgün Sadıqov altıncı, 13 yaşlı bacısı Zəhra isə yeddinci sinif şagirdi imiş.

Məktəblilərin və yanğında vəfat edən anaları Aybəniz Abışovanın fotosunu təqdim edirik.

Qeyd edək ki, hadisə ikimərtəbəli yataqxananın 1-ci mərtəbəsində tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evində başlayıb. Yanğın daha sonra ikinci mərtəbədə Elçin Sadıqovun yaşadığı evə keçib. E. Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib. Lakin onun həyat yoldaşı, oğlu, qızı və həmin gün onlara qonaq gəlmiş qayınanası yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.

Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı