Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96391
az

Qiymətli kağızlara investisiya SİMA İmza ilə daha rahat!

12:0212 Oktyabr, 2023
138
CƏMİYYƏT
  • A

Qiymətli kağızlara investisiya SİMA İmza ilə daha rahat!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA İmza maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirir.

SİMA İmzanın yeni tərəfdaşı “AzFinance” investisiya şirkəti olub. Yeni nəsil rəqəmsal imza “AzFinance İnvestisiya Şirkəti” QSC tərəfindən yaradılmış Trader.az ticarət platformasına inteqrasiya edilib.

Tərəfdaşlığa əsasən, investorlar, eləcə də investisiya imkanları ilə tanış olmaq istəyən şəxslər SİMA İmza vasitəsilə Trader.az platformasında qeydiyyatdan keçə, həmçinin hesabın yaradılması üçün müqaviləni heç yerə getmədən imzalaya bilərlər.

İstifadəçilər Azərbaycan kapital bazarında ticarət edilən qiymətli kağızlarla tanış ola, həmçinin elektron sifarişlər verə və onun icrasını interaktiv izləyə bilərlər. Ticarət platforması vasitəsilə müştərilər balansı birbaşa onlayn olaraq da artıra bilərlər.

SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin SİMA İmzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Bu imkandan faydalanmaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli tərəvəzin adı açıqlandı
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü