Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96372
az

"Biz yaxşı bilirik Paşinyan niyə gəlmədi"

23:5911 Oktyabr, 2023
160
CƏMİYYƏT
  • A

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır.

OXU24.COM  xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında deyib.

Uşakov Paşinyanın iştirak etməməsinin səbəbləri barədə yalnız bunu deyib:

"Biz səbəbini bilirik, amma yəqin ki, özü bunu necəsə izah edəcək".

Uşakovun sözlərinə görə, əgər Paşinyan MDB sammitinə gəlsəydi, Rusiya Prezidenti Vladimir Putinlə onun arasında görüş Qırğızıstanda təşkil olunacaqdı:
 

"Burada Azərbaycan Prezidenti Əliyevlə görüşə razılaşdıq, çünki o, iştirak edəcək. Əgər Paşinyan gəlsəydi, onunla da görüş təşkil olunacaqdı".

Eyni zamanda, Yuri Uşakov vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında təmaslar davam edəcək, tərəflərin müzakirə edəcəyi çox şey var.

Qeyd edək ki, oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ