Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96112
az

Məşhur aparıcı anaları günahlandırdı: "Kişilər yediklərini yığışdırmır, qadın quldur?"

23:5906 Oktyabr, 2023
153
CƏMİYYƏT
  • A

Aparıcı Aytən Səfərova bəzi kişilərin öz həyat yoldaşlarına qulluqçu kimi yanaşmasına münasibət bildirib.

OXU24.COM  bildirir ki, aparıcı bu barədə "Xəbər ertəsi" proqramında danışıb. O, əks cinsin nümayəndələrinin belə olmasında günahı analarında görüb:

"Köhnədən qadın evin qulluqçusudur deyib, analar bütün işləri qızlarına öyrədirdilər. Qadına həmin illər ərzində qul kimi baxılıb ki, indiyə qədər də bir çox oğullar evləndikdən sonra məişət əlilidirlər. Yedi-içdi, masanın üzərində qoyub getdi. Bir fincanı suyu altına qoymaq nə problemdir? Qadın quldur? Xeyr! Sizin də evinizdə yəqin qız övladlarınız böyüyür. Onları qul olaraq böyütmürsünüz. Ərlərinə ömür-gün yoldaşlığı etməyi, xeyrdə və şərdə bərabər olmağı öyrətməlisiniz. Ailə biz deməkdir.

Yazırlar ki, qadınlar lüks həyat istəyir. Bəli, qızım var, mən də istəyirəm ki, qızım yaxşı yaşasın. Niyə də yox? Qızların üstünə atmaq lazım deyil. Hər kəs istəyir ki, övladı xoşbəxt olsun. Analar bu gün oğullarına, ay mənim şirinim, sən əl vurma, anan yığışdırar deyir. Belə edirsiniz ki, o uşaqların ailələrində deyirlər ki, həyat yoldaşları tez özündən çıxır. Əlbəttə, çünki yediyini belə yığışdırmağı bacarmır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR