Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96022
az

Fransanın cəhdləri fiasko ilə nəticələndi: Ermənistana canıyananlıq oyunu - VİDEO

13:5705 Oktyabr, 2023
92
CƏMİYYƏT
  • A

Fransanın uzun illər Ermənistanı müdafiə etmək cəhdi baş tutmadı. Hər zaman ermənipərəst mövqe sərgiləyən Fransa uzun illər keçmiş ATƏT-in Minsk qrupunun həmsədri olaraq beynəlxalq hüququn ziddinə gedərək, Ermənistanı, yəni ozamankı işğalçını müdafiə edirdi. Ancaq Fransanın bu əməyi puça çıxdı, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı, onun ardınca isə lokal antiterror tədbirləri nəticəsində beynəlxalq səviyyədə tanınan suveren ərazilərinə tam nəzarəti bərpa etdi. Bu, Azərbaycanın təkcə Ermənistan üzərində deyil, eyni zamanda, Fransa və digər havadarları üzərində qələbəsi idi.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, əfsuslar olsun ki, Fransanın regiondakı siyasəti sülhə təhdiddir, dağıdıcı xarakter daşıyır.

"İstər bizim regionda, istər digər regionlarda Fransanın uğursuz xarici siyasəti əslində ona gətirib çıxarır ki, bu ölkə keçmişdə fəaliyyət göstərmiş Minsk qrupunun həmsədri olduğu dövrdə artıq bitmiş münaqişənin həllinə töhfə verməli olduğu halda, Fransa bunu etmirdi", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Fransanın Ermənistanı açıq-aydın müharibəyə sövq etməsi, regionda yaxın olduğumuz sülhə qarşı zərbə siyasəti həyata keçirməsi Fransa kimi böyük dövlətə yaraşmayan addımdır.

Daha geniş videomüsahibəni təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc